Xarkovda yaralanan azərbaycanlı sürücü ÖLDÜ

18:34 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarkovun atəşə tutulması nəticəsində yaralanan 3 azərbaycanlı sürücüdən biri vəfat edib. 

Bu barədə hafta.az-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyadan (ABADA) məlumat verilib.

Bildirilir ki, yaralanan azərbaycanlı sürücülərdən Tahirov Samir Sürəddin oğlu dünyasını dəyişib:

“Təəssüflə qeyd etmək istəyirik ki, Samir Tahirov bu gün vəfat edib. Dünyasını dəyişən sürücünün cənazəsinin ölkəyə gətirilməsi istiqamətində adiyyatı orqanlar işə başlayıb. Digər yaralı Bayramov Yusif Asif oğlunun vəziyyəti isə normaldır”. 

Qeyd edək ki, fevralın 28-də Ukraynanın Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücünün xəsarət alaması barədə xəbər vermişdik.