Xarkovu bombalamaq ƏMRİNİ VERƏN RUS GENERAL XARKOVDANDIR

15:20 07.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Xarkov vilayətində mülki əhalinin bombalanması əmrini Rusiya Federasiyasının general-mayoru Oleq Makovetski verir. Hafta.az UNİAN-a istinadla xəbər verir ki, bu generalın məhz Çuguevdə (Xarkov vilayəti) anadan olduğu aşkarlanıb.

Bunu məhbuslardan biri - Voronej dislokasiyasının 47-ci aviasiya qrupunun alayının komandirinin müavini, polkovnik-leytenant Geştok Maksim Sergeyeviç deyib.

Məhkumun sözlərinə görə, Ukraynanın dinc şəhərlərinin bombalanması əmrini rusiyalı general-mayor Oleq Makovetski verib.

General-mayor Oleq Makovetski 1966-cı ildə Çuqevdə anadan olub. Rusiya komandanlığı Makovetskini Suriya şəhərlərinin bombalanmasına görə təltif edib.