Xəstəxana yandı - 11 KÖRPƏ ÖLDÜ

11:18 26.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qərbi Afrika ölkəsi, Seneqalın Tivauan şəhərində Mame Abdou Aziz Sy Dabakh xəstəxanasının yenidoğulmuşlar şöbəsində yanğın baş verib.

Hafta.az bildirir ki, hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Seneqal prezidenti Macky Sall verdiyi açıqlamada yanğında 11 körpənin öldüyünü bildirib.

"Onların analarına və ailələrinə dərin hüznlə başsağlığı verirəm" deyib Sall, lakin əlavə məlumat verməyib.

Tivauan şəhərinin meri Diop Sy yanğından 3 körpənin xilas edildiyini bildirib.

Səhiyyə naziri Abdoulaye Diouf Sarr, Ümumdünya Səhiyyə Təşkilatının iclasında iştirak etdiyi Cenevrədə verdiyi açıqlamada, "Bu, çox təəssüfləndirici və son dərəcə ağrılı bir vəziyyətdir" deyib.

Hadisə ilə bağlı istintaq başladıldığını bildirən nazir Sarr dərhal Seneqala dönmək üçün səfərini yarımçıq qoyacağını bildirib. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.