Xətaidə ikimərtəbəli binada yanğın olub

23:53 16.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xətai rayonunda ikimərtəbəli binada yanğın baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İ.Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın qısa zamanda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.