Xəzər dənizində zəlzələ olub

12:17 22.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 22-də Qala stansiyasından 30 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb.

Hafta.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 11:11-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.

Zəlzələnin ocağı 67 kilometr dərinlikdə yerləşib.

Oxunma sayı 70