Xırdalanda 2 azyaşlı xilas edilib

13:34 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.