Xırdalanda 36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi araşdırılır

13:14 10.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalanda 36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi faktı prokurorluqda araşdırılır.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.