Xocalı canisi Köçəryanın yeni partiya yaratması haqda xəbərlər yayıldı  

15:55 30.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Mayın 28-də İrəvanda “İrəli” partiyasının mətbuata qapalı təsis qurultayı baş tutub.

Hafta.az xəbər verir ki, “Hraparak”-ın yaydığı məlumata görə, qurultaydan sonra partiyanın Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryana aid olması haqda söz-söhbətlər gəzir.

Partiyanın rəsmi təsisçilərindən biri Narek Mantaşyan deyib: “Burada ayrı-ayrı insanların partiya ilə əlaqəsi var, Robert Köçəryanın bu qurumla heç bir əlaqəsi yoxdur”.

Ancaq erməni nəşri qeyd edir ki, Köçəryanın partiya ilə əlaqəsi olmadığının deyilməsinə rəğmən partiyanın qurucu üzvləri arasında Ermənistanın keçmiş prezidentinin yaxın tərəfdarları var.

Belələrindən biri “Sakulik” ləqəbi ilə  tanınan, vaxtilə Ermənistan Dövlət İqtisad Universitetinin(EDİU) tələbə şurasının sədri, prorektoru, hazırda isə Eçmiədzin ağsaqqallar şurasının fraksiya rəhbəri olan Sevak Xaçatryandır. Digəri isə Hovanes Arutyunyandur ki, o indi EDİU tələbə şurasının sədri və Köçəryanın lideri olduğu “Hayastan” alyansının tərəfdarıdır.

Məlumata görə, bir sıra başqa səs-küylü işlərdə müxalifəti müdafiə edən vəkil Aleksandr Koçubayev də  bəhs edilən partiyaya üzv olub.

Siyasət rubrikasından digər xəbərlər