Bu gün sentyabrın 25-də Azərbaycan Respublikasının Xocalı rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətindəki Berkadzor kəndində 44 günlük savaşda gəbərmiş işğalçı ermənilərin “xatirəsi”nə qurulmuş xaç abidəsinin - xaçkarın açılışı olub.
Hafta.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.
Məlumata görə, üzdəniraq tədbirdə Xankəndindəki separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyan da iştirak edib.
Zəruri arayış: Berkadzor - Azərbaycan Respublikasının Xocalı rayonununun inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında qurulub və bura ermənilər köçürülüb. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Berkadzor kəndinin əhalisinin faktiki sayı 149 nəfər, qeydiyyatdakı əhalinin sayı 165 nəfər təşkil edirdi.