Xocalıda atelye fəaliyyətə başlayıb

16:11 04.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı şəhərində atelye fəaliyyətə başlayıb.

Hafta.az  xəbər verir ki, "Naxışlı" atelyesi 10 günə yaxındır Xocalıda fəaliyyət göstərir.

Layihə rəhbəri Təranə Sultanova Trend-ə bildirib ki, atelye müasir standartlara cavab verən istehsal sahəsidir.

 

"Əsas məqsədimiz burada xanımların işlə təmin olunmasını təşkil etmək və onların əl işlərini dünyaya tanıtmaqdır. Hazırda 5 nəfər işlə təmin olunub. Daha iki vakansiyamız da var.

Xocalıda sakinlərin sayı çoxaldıqca atelyedə vakansiyaların sayı artacaq. İlkin mərhələdə ev tekstili - süfrələr, yemək servisi üçün dekorativ örtüklər, salfetlər, dəsmallar toxunacaq. Zamanla məhsul çeşidləri də artırılacaq", - deyə o qeyd edib.