Xocalıya növbəti köç OLACAQ

16:21 12.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı rayonunun Ballıca kəndinə ilk köç olacaq.

Hafta.az-ın məlumatına görə, köç sabah, dekabrın 13-də baş tutacaq.

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınacaq.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, bundan əvvəl may ayında 24 ailə - 88 nəfər Xocalıya köçürülüb.