Yazını böyüt
Yazını kiçilt
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bərdə regional qrupundan hafta.az-a bildirilib ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd şəhərciyində Axullu kənd sakini Əli Nəzərov rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun evinə baxış zamanı heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.