Yanğın səbəbindən avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət götürülüb - YENİLƏNİB

16:37 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov küçəsi və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırlıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

*** 15:15

Bakının Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə hafta.az-a NİİM-dən bildirilib.

Qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Oxunma sayı 121