Yanğınla bağlı UNEC-dən açıqlama 

11:50 03.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.

UNEC-dən hafta.az-a verilən məlumata görə, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.