Yanvarda Gömrük Komitəsi büdcəyə 282,7 milyon manat köçürüb

13:34 10.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 282 milyon 736 min manat olub.

Komitədən hafta.az-a bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 77 milyon 124 min manat, əlavə dəyər vergisi üzrə 193 milyon 741 min manat, aksizlər üzrə 9 milyon 107 min manat, yol vergisi üzrə isə 2 milyon 763 min manat təşkil edib.