Yazını böyüt
Yazını kiçilt
Baş nazir Fumio Kişida bildirib ki, Yaponiya Şimali Koreyanın Yapon dənizinə raket atması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
Kyodo xəbər verir ki, fevralın 20-nə keçən gecə Şimali Koreya iki gün ərzində ikinci raket buraxılışını həyata keçirib. Yaponiya Müdafiə Nazirliyi bildirib ki, KXDR tərəfindən atılan raketlər ölkənin müstəsna iqtisadi zonasından kənara düşüb.
BMT-nin baş katibi Antonio Quterreş raketin buraxılışını pisləyib və Pxenyanı “daha çox təxribatlardan” əl çəkməyə çağırıb. O, həmçinin Şimali Koreya hakimiyyətini BMT-nin bu cür silahların istifadəsi ilə bağlı qətnamələrinə əməl etməyə, nüvəsizləşdirməyə başlamağa və beynəlxalq ekspertlərin yoxlanılmasına icazə verməyə çağırıb.