Yaponiya da ABŞ-İran atəşkəsini alqışlayıb

09:30 08.04.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Yaponiya ABŞ və İran arasında atəşkəs razılaşmasını müsbət addım kimi alqışlayır.

Hafta.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Bildirilib ki, bu bəyanatı Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında səsləndirib. O, Yaxın Şərqdə faktiki olaraq gərginliyin azaldılmasının ən vacib məsələ olduğunu və Tokionun yekun razılaşma əldə olunacağını gözlədiyini bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında atəşkəs Yaponiya fond birjasına müsbət təsir edib. Atəşkəs xəbərindən sonra “Nikkei” Tokio Fond Birjasının əsas indeksi 5 faizdən çox artıb.