Yazını böyüt
Yazını kiçilt
Yaponiya bəzi oyuncaqların Rusiyaya ixracını “Ukrayna əməliyyatında istifadə oluna biləcəyini əsas gətirərək” qadağan edib.
Hafta.az-ın "Business FM"ə istinadən yazdığına görə, Yaponiyada hökumət yüksək texnologiyalı çiplər və hərbi məqsədlər üçün hissələri olan oyuncaqları qadağan etmək qərarına gəlib.
Bu ölkədən Rusiyaya pedallı avtomobillərin, üç təkərli velosipedlərin, model dəstlərinin, puzzleların, kuklaların və uşaq arabalarının ixracı qadağandır.
Yaponiya hakimiyyəti həmçinin Rusiyaya təyyarə və gəmi mühərriklərinin, hava şarlarının, dronların, optik avadanlıqların və foto avadanlıqların ixracını qadağan edib.