Yaponiya Səfirliyində yeni əməkdaşlıq müqaviləsi imzalanıb

17:00 16.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın ğlkəmizdəki Səfirliyində “Mədəniyyət üzrə Ot kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində “Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

Hafta.az-ın yazdığına görə, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai birliyinin sədri Yasin Dadaşov, Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin müdiri Yaşar İbrahimov  iştirak edib.

Layihənin əsas məqsədi Azərbaycanda yapon dilinin əsas tədris müəssisələrindən olan Dillər Universitetində yapon dili mərkəzində təhsil səviyyəsini yaxşılaşdırmaq üçün iki otağı komputer, printer və sairə kimi lazımi avadanlıqlarla təchiz etməkdir.

İmzalanma mərasimində səfir Vada yapon dili dərsləri ilə bağlı gözləntilərini ifadə edərək, "Ümid edirəm ki, bu layihə vasitəsilə daha çox tələbə yüksək keyfiyyətli təhsil almaq şansı qazanacaq", - deyib.

Təşkilatın sədri Yasin Dadaşov Yaponiya hökumətinin “Mədəniyyət üzrə Ot Kökləri Qrant Yardımına” görə təşəkkürünü bildirərək, "Bu işin iki məqsədi var. Birincisi insan resurslarının inkişafına töhfə vermək, ikincisi isə yüksək səviyyəli təhsil mühiti olan mərkəz yenilənəcək. Ümid edirəm ki, bu layihənin həyata keçirilməsi ilə Dillər Universitetində gözəl yapon dili mərkəzi daha təkmilləşdiriləcək”, - deyib.

Bu vaxtadək bu layihə də daxil olmaqla 9 layihə üzrə qrant müqaviləsi imzalanıb, ümumi məbləği isə 600 min dollardan çox təşkil edir.

Siyasət rubrikasından digər xəbərlər