Avtomat satışlarda balina ətindən qəlyanaltı həşəratına qədər geniş məhsul çeşidi ilə diqqət çəkən Yaponiyada ayı əti də təklif olunur.
Hafta.az-ın "Mainichi Shimbun"a istinadən yazdığına görə, 2022-ci ilin noyabr ayından etibarən ölkənin şimalındakı Akita prefekturasındakı qatar stansiyasında avtomatda ayı əti satılır.
“Mainichi Shimbun” qəzeti 250 qram ətin 2200 yenə (təxminən 28-29 manat) satıldığını yazıb. Ət yağlı və yağsız kimi seçimlərlə müştərilərə təqdim edilir. Xəbərdə ətin rayondakı ovçuluq klubu tərəfindən ov mövsümündə tutulan heyvanlardan gəldiyi bildirilib.
Avtomat arxasında dayanan “Soba Qoro” restoranının sözçüsü bildirib ki, ayı əti soyuqda belə sərtləşmir: "Şirəli yeməklərdən biftekə qədər bir çox müxtəlif yeməklərdə istifadə edilə bilər.
Hətta təxminən 400 kilometr uzaqlıqdakı paytaxt Tokiodan da ayı ətinə tələbatın olduğu açıqlanıb.
Yaponiyanın şimalında ayı ətinin istehlakı çox yayılıb. Bu ət də marketlərdə konservləşdirilib və hazır bağlamalarda satılır".
Asiya ölkəsində 2020-ci ildə insanlarla ayının üz-üzə gəldiyi 20 mindən çox hadisə baş verib. Bu hadisələrdə 2 nəfər həyatını itirib, 158 nəfər yaralanıb.
Mütəxəssislər bildirirlər ki, palamut çatışmazlığı ayıların yemək axtarmasına səbəb olur ki, bu zaman da onlar insanlarla üzləşirlər.