Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri 

13:00 26.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dini mərasimlər və toyların bərpası ilə bağlı müvafiq addımlar atılacaq.

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir:

“Həmin qurum mütəxəssislərin pandemiya ilə bağlı rəyini nəzərə alaraq mərasimlərin keçirilməsi barədə qərarlar qəbul edəcək”