Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub

22:23 29.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamalda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 62 m² olan çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli, 2 ədəd soyuducu və 1 ədəd elektrik sobası yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.