Yaşayış binasında yanğın olub

23:15 10.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.