Yaxın Şərqdə Ərdoğan yüksəlişi

14:15 11.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Söz yox ki, bu gün Suriyada cərəyan edən proseslərin əsas açar nöqtəsi məhz Ankaradır. Uzün illərdir səbrlə Suriya böhranının dinc yolla həlli üçün hərbi-siyasi fəaliyyətini ardıcıl həyata keçirən, milyonlarla suriyalı qaçqına Əsəd rejimindən qurtulmaqda nəfəslik rolunu oynayan Türkiyə indi əkdiklərinin bəhrəsini görməkdədir. Dünya liderləri bölgədə ən çox əlaqə saxladıqları lider məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Dünya mətbuatı da bu məqama xüsusi diqqət ayırır.    

Drudge Report dünyanın ən məşhur xəbər mənbəyi olan "Bloomberg"in analizinə istinadla əsas manşetinə isə “Yaxın Şərqdə Ərdoğan yüksəlişi” başlığını çəkib

"Suriyada qəfil hakimiyyət dəyişikliyindən qazanan və itirənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusilə seçilir", deyə məqalədə vurğulanır. Bloomberg iddia edir ki, Ərdoğanın Bəşər Əsədin devrilməsi ilə cənub qonşusu üzərində təsiri əhəmiyyətli dərəcədə artıb və bu, onun daxildə və beynəlxalq arenada siyasi mövqeyini gücləndirib:

“Türkiyənin köməyi ilə Əsədi devirməyi bacaran minlərlə suriyalı üsyançı və 2011-ci ildə Suriya müharibəsi başlayanda Türkiyədə təhlükəsiz sığınacaq verən milyonlarla qaçqının çoxu Ərdoğanı qəhrəman kimi görür.

Son illərdə getdikcə daha müstəqil xarici siyasət yürüdən NATO üzvü və uzun müddət Amerika müttəfiqi olan Ərdoğanın rəhbərliyi altında Türkiyə, təsirini genişləndirmək üçün dəyişən qlobal nizamı ələ keçirməkdə bacarıqlı olduğunu sübut etdi».

Təhlildə Teneo konsaltinq firmasının həmsədri Volfanqo Pikkolinin “Əsədin süqutu ilə Türkiyə indi ölkənin ən nüfuzlu xarici aktyoru kimi ortaya çıxdı” ifadəsi yer alıb.

Ləman