Yaxın Şərq dünyanın ən sənayeləşmiş və ən çox pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilən bölgələrindən biridir.
Hafta.az-ın "Al Majala”ya istinadən yazdığına görə, İHA texnologiyasında bölgənin aparıcı qüvvələri aşağıdakə ölkələrdir:
İsrail:
İsrail dron texnologiyasında liderdir və bu sahədə köklü sənayeyə malikdir. İsrail şirkətləri müşahidə, kəşfiyyat və döyüş missiyaları üçün istifadə edilən müxtəlif İHA-lar hazırlayıb. İsrail ordusu kəşfiyyat məlumatlarının toplanması və məqsədyönlü əməliyyatlar üçün İHA-lardan geniş istifadə edir.
Türkiyə:
Türkiyə son illər İHA texnologiyasında əhəmiyyətli irəliləyişlər əldə edib. Türkiyə hazırda təkcə regionda deyil, qlobal miqyasda bu sahədə aparıcı güclərdən biridir. Türkiyə istehsalı olan “Bayraktar” və “Anka” kimi pilotsuz uçuş aparatları Suriya, Liviya və Azərbaycanda geniş şəkildə istifadə olunub, döyüş meydanında öz bacarıqlarını nümayiş etdirib.
İran:
İran çox sayda PUA hazırlayıb və onları Livandakı Hizbullah və Yəməndəki Husilər kimi qüvvələrə ötürüb. Bu qüvvələr ötən ilin oktyabr ayından Bab əl-Məndəb dəniz zolaqlarında kommersiya tankerlərini hədəf almaq üçün İHA-lardan geniş şəkildə istifadə edirlər. Tehran PUA-ları Ukraynaya qarşı apardığı müharibədə Rusiyaya satıb və özü İsrailə uğursuz hücumunda onlardan istifadə edib.
Səudiyyə Ərəbistanı:
Səudiyyə Ərəbistanı və İsrail onilliklər ərzində regionun ən böyük iki hərbi hava qüvvələridir. 2014-cü ildən İHA hərbi imkanlarını inkişaf etdirən Ər-Riyad, 2017-ci ildə Çinlə, keçən il isə Türkiyə ilə müqavilə bağlayaraq, "Baykar Technology" şirkətinin Türkiyə tarixinin iki ən böyük ortaq hərbi istehsal müqaviləsini imzaladığını açıqladı. Ər-Riyad ABŞ şirkətləri, o cümlədən FORTEM və Səudiyyənin İNTRA şirkəti ilə hava təhdidlərini aşkar etmək, izləmək və onlara hücum etmək qabiliyyətinə malik pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı müqavilələr bağlayıb.
Birləşmiş Ərəb Əmirlikləri:
Yüksək texnologiyalı hərbi texnika alan və istehsal edən BƏƏ ABŞ və Çindən İHA alıb və həmçinin EDGE şirkəti vasitəsilə istehsalat tərəfdaşlığı əsasında öz imkanlarını inkişaf etdirir.