Yeni qanun hazırlanır: vətəndaşlar vətəndaşlıqdan məhrum edilə bilər

10:30 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada yeni tətbiq edilən qanunda təklif edilir ki, bu ölkədə doğulmuş şəxslər də bəzi hallarda milli təhlükəsizlik səbəbi ilə vətəndaşlıqdan məhrum edilə bilər.

Hafta.az-ın yazdığına görə, Sevastopoldan, eləcə də işğal olunmuş Ukrayna torpaqları Luqansk və Krımdan olan deputatların hazırladığı qanun layihəsində hərbi xidmətini yerinə yetirməmək üçün ölkədən qaçanların, dövlətin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar edənlərin, ordunu gözdən salanların Rusiya vətəndaşlığından çıxarılması nəzərdə tutulur.

Qanun qəbul olunarsa, Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratmaq əzmində olan insanların təbii vətəndaşlıqları da ləğv oluna bilər.

Bəzi ekspertlər və qanunvericilər ölkədə doğulanların vətəndaşlıqdan məhrum edilməsinin Rusiya konstitusiyasına zidd olduğunu bildirərək qanun layihəsinə qarşı çıxırlar.

Milli təhlükəsizlik səbəbilə vətəndaşlıqların ləğvini asanlaşdıran qanun bu yaxınlarda Rusiyada qəbul edilib.