Yazını böyüt
Yazını kiçilt
Ağstafada yeniyetmə su kanalında boğulub.
Hafta.az xəbər verir ki, bədbəxt hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü rayon sakini Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.