Yevlaxda ailə faciəsi: bir yaşlı körpə həlak oldu

15:27 25.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.

Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.