Yoluxma faizlərində ciddi şəkildə azalma müşahidə olunur - Yaqut Qarayeva

17:50 28.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə koronavirusa yoluxma faizlərində ciddi şəkildə azalma müşahidə olunur.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, son 3 ay ərzində ən yüskək yoluxma faizi yenə də noyabr ayına təsadüf edib.

"Respublikada poztiv nəticələr daha çox Bakı və Abşeronda qeydə alınıb. Ümumi olaraq, vəziyyəti stabil olaraq qiymətləndiririk", - deyə o bildirib.