Yuxarı Şirvan kanalı vasitəsilə 130 min hektar əkin sahəsi suvarılır

13:36 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yuxarı Şirvan kanalında mövsümi işlər uğurla davam etdirilir. Uzunluğu 122 kilometr olan kanal mənbəyini Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin sahəsinin suvarılmasını təmin edir.

Hafta.az xəbər verir ki, kanaldan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının əkin sahələri su ilə təmin olunur.

Kanal üzərində sadə və mürəkkəb konstruksiyalı qurğular istimar edilir. Bu işlər Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən həyata keçirilir. Əlicançay, Türyançay, Göyçayçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konsturuksiyalı 6 düker və 2 akveduk işləyir. Ümumiyyətlə normal iş rejmini təmin etmək üçün kanal üzərində sadə və mürəkkəb konusturuksiyalı 129 qurğu tikilib. Bunlardan 1-i baş qurğu, 6-sı düker, 2-si akveduk, 29-u körpü, 52-si selötürücü, 1-i cəldaxıdan, 1-i su tullayıcı, 1-i səviyyə qaldıran, 36-sı suburaxıcı qapı və 1-i qidalandırıcı qurğudur. Kanalın axar hissəsisinin yamacları təqribən 27,15 kilometr uzunluqda monolit betonla üzlənib.

Qeyd edək ki, respublikanın ikinci ən böyük magistral suvarma kanalı olan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. 1961-ci ildə kanalın ikinci hissəsi istifadəyə verilərək, maksimum su sərfi 78 m3/ saniyə olub.