Zabitimiz vəfat etdi

10:11 17.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun zabiti Türkiyədə vəfat edib.

Hafta.az xəbər verir ki, Müdafiə Nazirliyi Quru Qoşunlarının mayoru Əli Məhərrəmov dünyasını dəyişib.

Onun uzunsürən onkoloji xəstəlikdən Türkiyədəki xəstəxanada həyatını itirdiyi bildirilib.

Allah rəhmət eləsin!