Zakir Həsənov Qırğızıstana başsağlığı verdi 

12:26 17.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 
 

 

Nazirin cari ilin 17 yanvar tarixində, təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verdiyi bildirilir.

Siyasət rubrikasından digər xəbərlər