Yazını böyüt
Yazını kiçilt
Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.
Hafta.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Məlumata əsasən, yanğən nəticəsində ölən və xəsarət alan olmayıb.
***
Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində yanğın baş verib.
Hafta.az-ın məlumatına görə, bu barədə AES-in mətbuat xidmətinin nüamayəndəsi Andrey Tuz özünün "Telegram" kanalında xəbər verib.
"Atom elektrik stansiyasında yanğın", - deyə o yazıb.
Qeyd edək ki, Enerqodar şəhərindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.