Zelenski İtaliya baş nazirinə təşəkkür edib

09:21 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimr Zelenski və İtaliyanın baş naziri Mario Dragi arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə V.Zelenski özünün "Twitter" səhifəsində paylaşım edib.

"Mario Draginin təşəbbüsü ilə telefon danışığımız oldu. Biz müdafiə sahəsində əməkdaşlıqdan, 6-cı sanksiyalar paketinin tətbiqinin sürətləndirilməsinin və Ukrayna limanlarının açılmasının zəruriliyindən danışdıq", - deyə V.Zelenski bildirib.

O əlavə edib ki, İtaliyaya Avropa İttifaqına gedən yolda Ukraynaya qeyd-şərtsiz dəstəyə görə təşəkkür edib.

Oxunma sayı 49