Zelenski cəbhədəki son durumu açıqladı - VƏZİYYƏT...

16:20 08.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski Donbasda vəziyyətin ağır olduğunu bəyan edib və bildirib ki, Ukrayna ordusu çox səy göstərir və münaqişə can alır.

Hafta.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski xalqa müraciətində Donbasdakı münaqişə ilə bağlı hadisələri çatdırıb.

Rusiyanı dayandırmaq üçün lazım olan hər şeyin edildiyini bildirən Zelenski, “Donbasda vəziyyət hələ də çox çətindir. Ordumuz rus terrorunun qarşısını almaq, işğalçılara böyük itkilər vermək üçün əlindən gələni edir. “Avdiyivka, Piski, Maryinka, Bahmut və Donetsk kimi isti bölgələr bizim böyük səylər göstərdiyimiz və təəssüf ki, çoxlu insanın həyatına son qoyan yerlərdir” deyib.

Xarkovda çətin şəraitin davam etdiyini bildirən Zelenski, “İşğalçıların qüvvələrini cəmləşdirməyə çalışdığı ölkəmizin cənubunda yerləşən Xarkov bölgəsində vəziyyət ağırdır. İndi məsələ əvvəlki kimi müdafiəmiz üçün silahlardır. Tərəfdaşlardan gələn silahlar. Biz davamlı olaraq silah təchizatını artırmaq və cəbhəyə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün çalışırıq" - o deyib.

Oxunma sayı 729