Zəlzələdən zərərçəkənlərə yardımlar ayrılacaq - Nazir

13:43 06.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəlzələdən zərərçəkənlərə yardım ayrılacaq.

Hafta.az xəbər verir ki, bu haqda Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Ağsu, Şamaxı, İsmayıllıda zəlzələdən zərərçəkənlərə yardımın göstərilməsi, zərər görmüş evlərin bərpası ilə bağlı kifayət qədər vəsait ayrılıb:

"Təqdim olunan məlumatlar yenilənir. Yeni təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumları tərəfindən yoxlanılır və bunun nəticəsində zərər çəkmiş insanlara yardım göstəriləcək”.

Oxunma sayı 52