Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda 18 nəfər "oğru dünyası" ilə əlaqəsi olduğuna görə saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, polisin "qanuni oğrular"a qarşı əməliyyatları nəticəsində 18 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin hamısının müxtəlif növ cinayət əməllərində fəal iştirak etdiyi, o cümlədən vətəndaşla arasında maliyyə və digər mübahisələri "oğru qaydaları"na əsasən həll etdiyi müəyyən olunub.
Axtarışlar nəticəsində polis odlu silahlar, hərbi sursatlar, narkotik və "qanuni oğrular"ın ünsiyyət saxladığı texnikanı aşkarlayıb.