Avtomobildən oğurluq edən tutuldu

12:59 24.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

 

Bu barədə hafta.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.

 

Araşdırma aparılır.