Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

19:56 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən 2-ci dünya çempionatında final oyununa çıxıb.

Hafta.az xəbər verir ki, yığma həlledici görüşdə Çili seçməsi ilə qarşılaşıb.

Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da çövkən üzrə Azərbaycan yığması dünya çempionu olub.

Üçüncü yeri isə Uruqvay komandası tutub. Onlar Nigeri məğlub ediblər - 3:2.