Bərdə rayonu Ləmbəran kənd sakini Məhiş Ziyəddin oğlu Əfəndiyev yazaraq bildirir ki, ailə üzvüləri 6 nəfərdən ibarətdir, işləyənləri yoxdur:
”Karantin rejimi ilə bağlı olaraq evdə qalırıq. Ölkə başçısını bizim ailəmiz də dəstəkləyir. Onun uzaqgörənliyi və koronavirusun ölkəmizdə geniş yayılmaması üçün vaxtında verdiyi göstərişləri biz sadə kənd adamlarının da ürəyincədir. Qeyd edim ki, Ölkə başçısının sərəncamı ilə aztəminatlı ailələrə 190 manat məbləğində dövlət yardımı göstərdi. Mən də aztəminatlı bir ailənin üzvü olaraq bu yardımdan bəhrələndim. Bu ailəmiz üçün çox böyük köməkdir. Sağ olsun Prezidentimiz! Bu çətin gündə ailəmizə- aztəminatlı ailələrə göstərdiyi qayğıya və xalqımızın sağlamlığı üçün yorulmadan işlədiyinə görə öz ailəmiz adından minnətdarlığımızı bildiririk. Eyni zamanda Milli Ordumuzun sabiq əsgəri kimi Ali Baş Komandanımızın yanındayıq, hər vaxt əmrinə hazırıq!”