"...Onları aradan qaldırmağın yollarını düşünməliyik" - Abutalıb Səmədov

13:39 31.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Fransa Azərbaycanla münasibəti pisləşdirmək üçün son illər əlindən gələni edir. Fransa Prezidenti Makronun Azərbaycan əleyhinə verdiyi bəyanatlar, nəticədə Avropa Birliyinin danışıqlardan uzaqlaşdırılmasına gətirib-çıxardı və bunu Azərbaycan hakimiyyəti etdi".

Bunu hafta.az-a açıqlamasında siyasi analitik Abutalıb Səmədov bildirib. Qeyd edib ki, Fransa parlamentində təklif olunan qətnamə Azərbaycana qarşı atılan növbəti addımdır.

Ekspert təəssüflə qeyd edib ki, heç şübhəsiz bu addım sonuncu təzyiq vasitəsi olmayacaq:

"Təbii ki, bu, Fransanın qəbul edəcəyi addım deyildi. Digər mühüm səbəb, Azərbaycanın Fransanın müstəmləkəçilik siyasətinə qarşı tutduğu cəsarətli və qəti mövqeyi oldu. Son nəticədə Fransa hakimiyyəti Şimali Kaledoniya ilə müqavilə bağlamaq və ciddi güzəştlərə getmək məcburiyyətində qaldı. Burada da Azərbaycanın hansı rol oynadığını Fransa yaxşı anlayır. Azərbaycana qərəzli münasibətin kökündə bu da dayanır”.

A.Səmədov vurğulayır ki, Azərbaycan–Ermənistan rəsmilərinin son Əbu-Dabi görüşündə sülhə doğru bir addım atıldı. Onun fikrincə, ola bilər ki, yaxın zamanlarda sülh sazişi səlahiyyətli nümayəndələr tərəfindən paraflansın, ilkin imzalanma prosesi həyata keçirilsin:

"Azərbaycan hakimiyyəti qəti şəkildə tələb edir ki, sülh sazişinin imzalanması üçün konstitusiya dəyişilməlidir və oradan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Bu da ən yaxşı halda, sülh sazişinin bir ildən sonra imzalanmasının mümkün olacağını göstərir. Ola bilsin, bu, kimlərisə qane etmir. İlk növbədə, Fransa sülh sazişinin mümkün qədər tez imzalanmasını istəmir. Bu qətnamənin təklif olunması Azərbaycana qarşı həyata keçirilən təzyiqlərdən biridir. Azərbaycanı müəyyən güzəştlərə getmək qarşısında qoymaq istəyirlər. Son hadisələr göstərir ki, bunlar heç bir nəticə verməyəcək. Bir şey dəqiq aydındır: Fransa BMT-nin daimi üzvlərindən, Avropanın ən güclü dövlətlərindən biridir. Azərbaycana qarşı dümənçilik siyasətindən imtina etmək fikrində deyil. Biz hazır olmalıyıq. Üzləşəcəyimiz problemləri əvvəlcədən müəyyən edib, onları aradan qaldırmağın yollarını düşünməliyik”.