Yazını böyüt
Yazını kiçilt
Aprelin 14-dək ölkənin 65 şəhər və rayonlarından 250 min nəfər şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib.
Bunu hafta.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən deyilib. Bildirilib ki, qeydiyyatdan keçən ümumi şagirdlərin 205 min nəfəri artıq siniflər üzrə komplektləşdirilib və şəxsi səhifələrinə giriş imkanı yaradılıb.