"İnter" 11 ildən sonra çempion oldu

20:52 02.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə İtaliya A Seriyasında "İnter" klubu 11 ildən sonra çempion adını qazanıb.

Hafta.az xəbər verir ki, bu, XXXIV turda "Atalanta"nın səfərdə "Sassuolo" ilə 1:1 hesablı heç-heçə etməsindən sonra müəyyənləşib.

Hesabat turunu "Krotone" üzərində 2:0 hesablı qələbə ilə tamamlayan "İnter" xalını 82-yə çatdırıb. Antonio Kontenin baş məşqçi olduğu komanda sona 4 tur qalmış ən yaxın izləyiciləri "Atalanta" və "Milan"ı 13 xal geridə qoyub.

Bununla da "Yuventus"un ardıcıl 9 mövsümlük hegemonluğuna son qoyulub. "İnter" isə tarixində 19-cu dəfə İtaliya çempionu adını qazanıb. 

Sonuncu dəfə "İnter" 2009/2010 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında A Seriyasının qalibi olub. Həmin vaxt "İnter" həm də İtaliya Kuboku və Çempionlar Liqasını əldə edib. Həmin nailiyyətlə indiki arasındakı dövrdə daha bir çempionluğu isə 2011-ci ildə "Milan" qazanıb.

Oxunma sayı 363