"Adəmin atası" hıəbs edildi

15:14 15.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Hafta.az xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

 

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

 

Qeyd edək ki, Sadiq Mirzəyev Ağcabədi rayonunun Hüsülü kəndindəndir.

Oxunma sayı 57