"Almaniyadakı yarışdan sonra bir az yorğunluq var idi" - Rauf Məmmədov

23:22 30.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Çempionların savaşı” şahmat turnirindən öncə Almaniyada keçirilən yarışda iştirak etmişdim. Bu səbəbdən bir az yorğunluq var idi.

Hafta.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Çempionların savaşı” turnirində birinci olan Azərbaycan şahmatçısı Rauf Məmmədov deyib.

O, qalib gəldiyi üçün xoşbəxt olduğunu bildirib: “Təşkilatçılıq da gözəl idi. Blits daha asan idi. Altı görüşdən 11 xal yarım topladım. Daha sonra səhvlərə yol verdim. Lakin sonluq yaxşı yekunlaşdı”.

Qeyd edək ki, Rauf Məmmədov özbəkistanlı Rüstəm Kasımcanovu məğlub edərək turnirin qalibi olub.