Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Almaniya milli komandasının yeni baş məşqçisi Yurgen Kloppla müqavilə imzalanıb.
Hafta.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb. Onun sözlərinə görə, 59 yaşlı mütəxəssis 2030-cu ilin iyul ayına qədər yığmaya rəhbərlik edəcək. Təyinatın bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yurgen Klopp Almaniya millisində Yulian Nagelsmannı əvəzləyəcək. Nagelsmann dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlubiyyətdən sonra istefaya göndərilib.