"ASAN xidmət"də növbə götürmək asanlaşdı

12:12 12.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"ASAN xidmət" növbə sistemində yenilik edib.

 

Bu barədə "ASAN xidmət"dən hafta.az-a verilən məlumatda bildirilib.


- Artıq mobil tətbiqlə yanaşı mərkəzlərdə məlumat köşkü vasitəsilə növbəti gün üçün də istənilən xidmətə və istənilən mərkəzə, həmçinin www.asan.gov.az saytından (ASAN Login) onlayn növbə əldə etmək mümkündür;

 

- Mərkəzlərdə xidməti pəncərələrdə yerləşdirilmiş xüsusi POS-terminalllar vasitəsi ilə bank ödənişlərini onlayn qaydada daha asan həyata keçirmək mümkündür.

 

Bildirilib ki, yaxın vaxtlarda isə QR kod vasitəsi ödəmə imkanları yaradılacaq.