Prezident İlham Əliyevin Şuşada Zəfər günü ilə bağlı Çıxışı Ermənistanda qorxu yaradıb. Artıq erməni siyasətçilər onları gözləyən "təhlükə"lər barədə bəyanatlar verirlər.
Hafta.az-ın məlumatına görə, “Mənim şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində bildirib ki, “Azərbaycan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatı ilə bağlı mövqeyini dəqiqləşdirib. 9 noyabr tarixli birgə bəyanatda müəyyən edilmiş 5 illik müddətə hörmətlə yanaşdıqlarını qeyd edərək, eyni zamanda, bu müddət başa çatdıqdan sonra onların mandatının uzadılmasına razılıq verçəyəcəyinə eyham vurub".
Erməni siyasətçi bildirir ki, bununla paralel olaraq Azərbaycanın Laçın dəhlizi ilə bağlı atacağı addımları da açıqlayıb. Ermənistan öz ərazisindən dəhliz verməsə, o zaman Qarabağı Ermənistanla birləşdirən dəhliz sadəcə olaraq yol statusuna malik olacaq. Orada postlar qurulacaq və dəhliz tamamilə Azərbaycanın birbaşa nəzarətinə keçəcək.