Prezidentin qızları Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında - FOTO

11:19 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 26-da Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib.

Hafta.az xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Bakı Bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiya ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır.

Siyasət rubrikasından digər xəbərlər