Gürcüstan vətəndaşları bu oyunlarda iştirak etməyəcəklər

15:38 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Parlamenti “Lotereyaların, qumar oyunlarının və gəlirli oyunların təşkili haqqında” Qanuna dəyişikliklər edib.

Hafta.az xəbər verir ki, layihə ilə bağlı parlamentin iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili məlumat verib.

Onun sözlərinə görə, qumar və ya gəlirli oyunların sistematik-elektron formada beynəlxalq təşkili ilə bağlı məsələlər yeni qanunla tənzimlənəcək. Xüsusilə, sistematik-elektron formada slot maşınlarının, oyun maşınlarının və totalizator oyunlarının beynəlxalq təşkili anlayışları və müvafiq icazə rejimi təqdim olunur. İcazələrin verilməsi şərtləri, onların qüvvədə olma müddəti, icazə tələbləri və fəaliyyətə nəzarət mexanizmləri müəyyən edilir.

Yeni qanunun maraqlı müddəalarından biri də Gürcüstan vətəndaşları ilə bağlıdır. Gürcüstan vətəndaşlarının beynəlxalq təşkilatlar çərçivəsində keçirilən oyunlarda iştirakına icazə verilmir.